Bəxtiyar Muğanoğlu. NƏ DƏRDİM?!

>> 14.1.10

Ellərimdə ayrılığın həsrəti,
Yerli-dibli yalan ola, nə dərdim?!
Sazımızda bir “Qaytarma” havasın
Zil kökləyib çalan olsa, nə dərdim?!

Yarısından çoxu ötüb yaşımın,
Nə çox imiş dərdi-səri başımın?!
Bu müqəddəs torpağımın, daşımın,
Qayğısına qalan olsa, nə dərdim?!


Vətənimi didik-didik didəni,
Ellərimi yurd-yuvadan edəni,
Haqqı danıb əyri yolu gedəni,
Zülm atından salan olsa, nə dərdim?!

Muğanoğlu, bizə dəydi belə daş,
Dilim bağlı, sinəm dağlı, gözüm yaş.
Həqiqət də öz yerini ala kaş,
Zülmün evi talan ola, nə dərdim?!



6 şərh:

baxtiyar.mughanoglu January 14, 2010 11:41 AM  

salamlar huamatli masiaga muallim yurulma qardaşim ulu azar baycanimiz sizin kimi ziyali ogullarina faxr edir va edacak manda faxr ediram ki sizin kimi ziyali ensanlarla bir asida yaşayram manim (nadardim)unvanli şerimi bu duşarganizda yayimladiginiz eçin siza uz taşakkurumu va minnatdarligimi bildirmakla cansagligi va ugurlar dilayiram.sag olun

baxtiyar.mughanoglu January 14, 2010 1:07 PM  

Azar baycanimi))

olu azar baycanimi -
oda salan oda duşsun.
Man çakdiyim darda qama-
Gurum allah oda duşsun.

Egidlari quşa quşa
Çixmadilar nar savaşa
Yandi laçin yandi şuşa
Ellarima sada duşsun.

(muganuglu)durma yeri
Egidlardan qalma geri
Çagir galsin babaklari
Koroglular yada duşsun
...................................
salmlar masiaga muallim yurulma qardaş urayimin agrilarini dustlarla paylaşdiginiz eçin sizdan çox çox mamnunam.sagulun

Məsiağa Məhəmmədi January 14, 2010 7:20 PM  

Salam,əziz Bəxtiyar müəllim.
O taylı-bu taylı yurdumuzun dərdlərini belə gözəl və təsirli şəkildə qələmə aldığınız üçün eşq olsun sizə!

bəxtiyar.muğanoğlu April 10, 2010 11:09 AM  

salamlar məsiağa möəllim yni eliniz qutlu olsun xoş sozlriniz eçin lutfunuzdən çox çox məmnun oldum sağ ol ay elimizin qəhrəman oğlu

Məsiağa Məhəmmədi April 12, 2010 2:12 AM  

Çox sağ olun, Bəxtiyar müəllim...

ALİ EKBER ÇELİK November 1, 2010 11:31 PM  

güzel şiir tebrikler

  © Blogger templates Sunset by Ourblogtemplates.com 2008

GET YUXARI